Türkiyə ilə xarici ticarətdə əsas mal qruplarında rüsumlar sıfıra endirilə bilər – Təklif

10:39 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Qarabağımız uğrunda bizə qardaş dəstəyi nümayiş etdirən Türkiyə ilə xarici ticarətdə əsas mal qrupları üzrə hər iki ölkə arasında rüsumun sıfıra endirilməsini təklif edirik.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

O xatırlatma verərək vurğulayıb ki, Milli Məclis bu il mayın 31-də Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişini təsdiqləmişdi.

"Həmin sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi öz əksini tapmışdı. Deməli, hüquqi baza var. Tərəflərin rüsumsuz mal qrupunun genişləndirilməsi ilə bağlı danışqlar aparması və gələn ildən Azərbaycan Türkiyə arasında yeni güzəştli ticarət sazişinin razılaşdırilması məqsədəuyğun olardı. Dost dar gündə tanınır. Türkiyə qardaşlığını bizim haqq savaşımızındakı mövqeyi ilə bir daha təsdiq etdi".

Müəllif: Elmir Murad