Bir neçə yaşayış məntəqəsi də ordumuzun nəzarəti altındadır, elan edəcəyik – Prezident

15:47 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Bir neçə yaşayış məntəqəsi də bizim tam nəzarətimiz altındadır, müəyyən müddətdən sonra elanlar edəcəyik.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün "Haber Global"-a müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusu hər gün yeni uğurlara imza atır: "Demək olar ki, hər gün hansısa şəhər və ya kənd işğaldan azad edilir, yaxud da ki, kəndlərin yerləşməsi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik".