Neft bahalaşır, Brent barrel başına $42,13 təşkil edir

10:01 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Cümə axşamı, əvvəlki ticarət sessiyasının nəticələrinə görə ABŞ-da ehtiyatların artırılması barədə məlumatlar əsasında düşdükdən sonar, neft qiymətləri yavaş-yavaş artır.

ABŞ - ın Energetika Nazirliyinin ötən gün dərc etdiyi məlumatlar dörd həftə ərzində ölkədə neft ehtiyatının ilk dəfə 500 min barrel artdığını göstərib. Ekspertlər, orta hesabla, ehtiyatların 2 milyon barel azaldılmasını proqnozlaşdırdılar.

Saat 9:28-də London ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersi $0,14 (0,33%) – barel başına $42,13-ə yüksəldi. Oktyabrın 7 - də keçirilən hərracların nəticələrinə görə, Brent-in dekabr ayı üçün fyuçersinin qiyməti $0,66 (1,55%) - barrel başına $41,99-a düşüb.

Saat 9:28-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin noyabr ayına olan fyuçers ticarətində $0,08 (0,2%) – barrel başına $40,03-ə yüksəldi. Oktyabrın 7-də hərracların nəticələrinə görə, WTI-nin noyabr fyuçersləri $0,72 (1,77%) – $39,95-a düşüb.