17:11 - 7.10.2020
7 oktyabr, Fineko/abc.az. BP şirkəti Ermənistan silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan boru kəmərini hədəfə almasına münasibət bildirib.
ABC.AZ xəbər verir ki, şirkətin açıqlamasında Azərbaycan ərazisində mülki yaşayış yerlərini və infrastrukturu hədəfə almaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahat olduqları qeyd olunub.
Daha sonra açıqlamada vurğulanır ki, xüsusilə də dünən Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq: "Azərbaycanda əməliyyatçısı olduğumuz bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir, amma bununla belə, öz işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik. Çox ümid edirik, bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış suveren əraziləri çərçivəsində öz ədalətli həllini tapacaq".
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026