15:36 - 30.09.2020
30 sentyabr, Fineko/abc.az. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya qaz tədarükü bu il sonunda başlayacaq.
ABC.AZ-ın məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Şipati "İtaliya Enerji Sammiti – 2020" tədbirində çıxış edərkən deyib.
O qeyd edib ki, ilin sonunda qazın nəql olunmasına başlanacaq və bununla da Cənub Qaz Dəhlizi açılacaq. Son məlumatlara görə, TAP kəmərinin 98%-i artıq yekunlaşıb.
TAP-ın rəsmisi əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan arasında cəbhə bölgəsindəki münaqişə sözügedən kəmərlə qazın nəqli üçün heç bir risk yaratmır.