14:04 - 28.09.2020
28 sentyabr, Fineko/abc.az.Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı əks-hücum əməliyyatları davam edir.
Bu barədə ABC.AZ- a Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.
Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.
27 İyul 2026
27 İyul 2026