Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
11:10 - 27.09.2020
27 sentyabr, Fineko/abc az. Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, nazirlik ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək.
“Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik”, - deyə bildirilib.