Prezident və birinci xanım da Balaxanıya getdi – Abadlıq işləri ilə tanışlıq üçün

14:02 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsinə gəliblər.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçısı və birinci xanım burada aparılan abadlıq işləri ilə tanış olublar.