15:17 - 21.09.2020
21 sentyabr, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi layihə-smeta sənədlərinin hazırlanması tenderlərinin qaliblərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Azkommunlayihə" ilə 3 müqavilə imzalayıb.
Nazirlik 6 tenderə ümumilikdə 675 min 820 manat xərcləyib. Tenderə əsasən, Qəbələ rayonu, Zarağan kənd 528 şagird yerlik yeni tam orta məktəbinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasına – 100 min 700 manat, Masallı rayonu, Qızılağac kənd 528 şagird yerlik yeni tam orta məktəbinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması – 101 min 640 manat, İsmayıllı rayonu, Sumağallı kənd 264 şagird yerlik yeni tam orta məktəbinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması – 82 min 360 manat ayırıb.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026