11:16 - 18.09.2020
18 sentyabr, Fineko/abc.az. 18 sentyabr saat 10:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 14 627, II ixtisas qrupu üzrə 9 862, III ixtisas qrupu üzrə 14 554, IV ixtisas qrupları üzrə isə 3 604 olmaqla, ümumilikdə 42 647 elektron ərizə təsdiq olunub.
Bu barədə ABC.AZ-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır və hələlik 16 199 ərizə təsdiq olunub. İxtisas seçiminin sonuna 2 gün vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək. DİM abituriyentlərin (subbakalavrların) nəzərinə çatdırır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026