09:53 - 17.09.2020
17 sentyabr, Fineko/abc.az. Cümə axşamı neftin etalon markaların qiymətləri əvvəlki hərracların yekunları üzrə inamlı yüksəlişdən sonra azalır.
Saat 9:20-də London ICE Futures neft birjasında Brent markalı neftin noyabr fyuçers qiyməti $0,49 (1,16%) – barrel başına $41,73-ə qədər azaldı. Sentyabrın 16- da keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin qiyməti 1,69 dollar (4,17%) – barrel başına $42,22 -a çatıb.
Saat 9:20-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin oktyabr ayına olan fyuçers ticarətində 0,52 (1,29%) – bir barel üçün $39,64-ə düşdü. Sentyabrın 16-da keçirilən hərracların nəticələrinə görə, WTI markalı neft $1,88 (4,91%) qiyməti bir barelə $40,16-a qədər artıb.
13 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026