Azərbaycana ən çox bu ölkədən avtobus gətirilib – Hesabat

11:40 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana idxal olunan avtobusların sayı və dəyəri açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügüdən dövrdə ölkəyə ümumi dəyəri 7,76 mln.

ABŞ dolları təşkil edən 76 ədəd avtobus idxal edib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 29,9% çoxdur, miqdar ifadəsində isə 25 ədəd və ya 24,8% azdır. Azərbaycana dizel və ya yarımdizellə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən 231,75 min dollar dəyərində 8 avtobus gətirilib.

Bu növ avtobusların hamısı Azərbaycana Türkiyədən idxal olunub.

Müəllif: Elmir Murad