10:36 - 8.09.2020
8 sentyabr, Fineko/abc.az. Azərbaycanda daha 2 şirkət birləşdiyini elan edib.
ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “Alfa Aqro” QSC və “Habako Konstrakşn” QSC “Binə Aqro” QSC-ə birləşiblər. Belə ki, "Alfa Aqro" QSC-nin və "Habako Konstrakşn" QSC-nin bütün hüquq və vəzifələri "Binə Aqro" QSC-yə keçir. "Binə Aqro" qoşulma ilə əlaqədar olaraq yenidən təşkil olunub.
Qeyd edək ki, "Alfa Aqro" QSC-nin 2 min manat, "Habako Konstrakşn" QSC-nin isə 160 min manat nizamanmə kapitalı var. "Binə Aqro" QSC isə 2 min manat nizamnamə kapitalına sahibdir.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026