İctimai iaşə obyektlərinin xidmət saatları artacaq - Bu tarixdən

18:28 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. Müvafiq karantin qaydalarına riayət olunmaqla və Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək. 

 

ABC.AZ xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu qərar sentyabrın 8-indən qüvvəyə minir.