12:30 - 1.09.2020
1 sentyabr, Fineko/abc.az. “Azərkosmos” Afrikada telekommunikasiya xidmətləri sahəsində fəaliyyət göstərən “Globecast” qlobal media yayım şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
“Azərkosmos"-dan ABC.AZ-a daxil olan məlumata görə, bu əməkdaşlıq sayəsində “Globecast” şirkəti Afrika regionunda “Azerspace-1” peykinin C diapazonu ilə müştərilərinə xidmət göstərəcək.
Afrika regionunda televiziya yayımının çətin olduğu ərazilərdə “Globecast” şirkətinin platformaları asanlıqla “Azerspace-1” peykinin siqnallarını qəbul edəcək və bu da xəbərlər, idman və xüsusi tədbirlərin birbaşa yayımlanmasına imkan verəcək.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026