17:44 - 27.08.2020
27 avqust, Fineko/abc.az. Bildiyiniz kimi Təhsil naziri Emin Əmrullayev tədrisin başlayacağı tarix və digər məsələlərlə bağlı brifinq keçirib.
ABC.AZ-ın məlumatına görə, nazir qeyd edib ki, ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə onlayn başlayacaq.
O qeyd edib ki, oktyabrın 1-dən birinci kurs tələbələrinin dərslərə əyani gəlməsi planlaşdırılır: "Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək. Noyabrın 2-dən sonra fərqli qərar verilə bilər”.
Müəllif: Elmir Murad