15:37 - 27.08.2020
27 avqust, Fineko/abc.az. “Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur. Ümid edirəm ki, olmayacaq da. Bununla həm Moskvada, həm də Minskdə razıdırlar”.
ABC.AZ report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin söyləyib.
“Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var, Lukaşenko bu məsələni qaldırmışdı”, - o vurğulayıb.
Ölkə başçısının sözlərinə görə, Belarusda durum hazırda tarazılaşır.
V.Putin bildirib ki, Belarus üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat hazırlanıb.
O həmçinin Belarusdakı güc strukturlarının fəaliyyətini qiymətləndirib: “Belarusun hüquq-mühafizə orqanları özlərini yetərincə təmkinli aparırlar”.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026