12:37 - 26.08.2020
26 avqust, Fineko/abc.az. Gürcüstanda sentyabrın 15-dən kinoteatrların fəaliyyətinə icazə veriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərarda qeyd olunub ki, məktəblər də həmin tarixdə açılacaq.
Uşaq bağçalarında isə təlim-tərbiyə prosesi oktyabrın 1-də başlayacaq. Bu tarixdən etibarən teatrlar da fəaliyyətlərini bərpa edəcəklər.
Report.az
27 İyul 2026