12:15 - 24.08.2020
24 avqust, Fineko/abc.az. “Azerenerji” ASC mühərrik yağları, akkumulyator və avtomobil şinlərinin satın alınması üçün tender keçirir.
Tenderdə iştirak haqqı 500 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 16.09.2020 09:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.09.2020 09:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 25.09.2020 09:00 tarixində aparılacaq.
Telefon: (994 12) 497-09-27
Əlaqələndirici şəxs: Azad Məmmədov