11:15 - 21.08.2020
21 avqust, Fineko/abc.az. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin yaradılması üçün təsis yığıncağı iyulun 24-də keçirilib. Yığıncaqda yeni şirkətin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 sığorta şirkəti iştirak edib və şirkətin təsis edilməsi haqqında qərar verilib.
Bu barədə ABC.AZ-a Aqrar Sığorta Fondundan məlumat verilib.
Bildirilir ki, şirkətin fəaliyyətinə icazə verilməsi üçün Mərkəzi Bankına ilkin müraciət göndərilib.
Qeyd edək ki, Mərkəzi Bankının 2020-ci il 4 mart tarixli qərarı ilə Müştərək Aqrar Sığorta Şirkətinin minimum nizamnamə kapitalı 1 000 000 manat həcmində müəyyən olunub.
Təsisçilərlə əldə edilmiş razılığa əsasən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nizamnamə fondu 2 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub.