10:01 - 13.08.2020
13 avqust, Fineko/abc.az. Salyanda filial rəhbəri işdən çıxarılıb.
ABC.AZ report-a istinadən xəbər verir ki, “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri Elşən Bilal oğlu Soltanov tutduğu vəzifədən azad edilib. Məlumat Aqrolizinq ASC-dən də təsdiqlənib.
Qeyd edək ki, E. Soltanov bir neçə il idi ki, həmin filiala rəhbərlik edirdi.
27 İyul 2026