14:34 - 25.01.2018
25 yanvar, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti cümə günü, yanvarın 26-da gözlənilən hava haqqında məlumatı bildirib.
Bakıda və Abşeronda yanvarın 26-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində arabir yağış yağacaq, axşama doğru bəzi yerlərdə intensivləşəcək, sulu qara keçəcək. Şimal-şərq küləyinin sürəti arabir güclənəcək.
Bakıda və yarımadada temperatur gecə saatlarında müsbət 1-3, gündüz saatlarında isə müsbət 4-6 dərəcə təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək, 770 mm civə sütunu, nisbi rütubət də həmçinin yüksək olaraq 80-90% təşkil edəcək.
Bölgələrdə sabah duman olacaq, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq. Şərq küləyinin sürəti bəzi yerlərdə arabir güclənəcək.
Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlıq ərazilərdə gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı ehtimal edilir.
Nazirlik xəbərdarlıq edir ki, yanvarın 26-sı gündüzdən 27-si axşamadək Bakıda və Abşeronda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 3 dərəcəyədək aşağı enəcək.