14:51 - 6.08.2020
6 avqust, Fineko/abc.az. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilmiş video formatındakı müşavirədə Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib: "Onu da qeyd etməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026