12:12 - 6.08.2020
6 avqust, Fineko/abc.az. Könüllü sığorta növləri arasında yığımlarda həyat sığortası üzrə 20%, qeyri-həyat sığortası üzrə isə 8% artımı müşahidə olunub.
ABC.AZ-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sığorta bazarı ilə bağlı icmalında qeyd olunub.
Sözügedən icmalda həyatın yaşam sığortası üzrə yığımların 32% artmasının ümumi yığımların çoxqlmasına böyük təsir etdiyi qeyd edilib. Bank və səhm bazarlarının son dönəmin təsirlərinə daha çox məruz qalması və mövcud olan qeyri-müəyyənlikləri nəzərə alaraq marağın daha çox sığorta bazarına olması təsadüfi deyildir. Bu səbəbdən sığortanın bu istiqaməti üzrə hər iki sahədə- həm yığımlarda, həm də ödənişlərdə artım müşahidə olunub.
Qeyri-həyat sığortası üzrə isə şəxsi sığorta yığımlarında 7% artım tibbi sığortanın hesabına, əmlak sığortası üzrə yığımlarda 8% artım isə daha çox kənd təsərrüfatında heyvanların sığortası və yüklərin sığortası hesabına olub. Ödənişlərin artmasına əsas səbəb isə həyatın yaşam sığortası üzrə artımın hesabına olub.
Müəllif: Elmir Murad
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026