16:03 - 30.07.2020
30 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 21,5 milyon dollar dəyərində xidmət ixrac edilib.
ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% çoxdur.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.
2020-ci ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,4 milyon dollar dəyərində xidmət ixrac edib. Yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Malayziya və BƏƏ-dir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026