16:35 - 23.07.2020
23 iyul, Fineko/abc.az. Bildiyiniz kimi bu gün 15 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirilib.
ABC.AZ-ın məlumatına görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən, 3 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026