11:17 - 23.07.2020
23 iyul, Fineko/abc.az. Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.
ABC.AZ xəbər verir ki, o başqa işə yeni təyinat aldığından nazirlikdəki vəzifəsindən ayrıldığını bildirib.
E. Məmmədov qeyd edib ki, işlədiyimiz yerdən, tutduğumuz vəzifədən asılı olmayaraq hamımızın bir amalı var – doğma Vətənimizə xidmət etmək. Hər bir sahədə. Hər bir yerdə. Hər bir anda.
Qeyd edək ki, Elnur Məmmədov Təhsil Nazirliyində 2018-ci ildən çalışırdı.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026