10:24 - 23.07.2020
23 iyul, Fineko/abc.az. Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhərin Bağbanlar küçəsində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
DİN-indən ABC.AZ-a verilən məlumata görə, ünvana baxış keçirilərkən obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub.
Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.
Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026