17:09 - 22.07.2020
22 iyul, Fineko/abc.az. Gürcüstandakı Azərbaycan vətəndaşları səfirliyin köməyi ilə ölkəmizə gətirilib.
ABC.AZ xəbər verir ki, Gürcüstandan təxliyə olunan şəxslər Tbilisidə koronavirusla bağlı test olunublar.
Onlara COVID-19-un aşkarlanmadığını sübut edən xüsusi arayış təqdim edilib. İyulun 22-də 175 nəfər səfirliyin qarşısından xüsusi avtomobillərlə “Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yola salınıb.
Ölkə ərazisinə daxil olandan sonra həmin şəxslərə yaşadıqları yerə çatmaq üçün birgünlük icazə veriləcək. Sonra onlar 14 gün ərzində karantin rejimində olacaqlar.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026