10:57 - 22.07.2020
22 iyul, Fineko/abc.az. Prezidentin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində yerləşən 2962 mənzildən 803-ü hərbi qulluqçular üçün ayrılıb.
ABC.AZ xəbər verir ki, həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilib.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1112 mənzil ayrılıb.
7 Avqust 2026
7 Avqust 2026