16:30 - 23.01.2018
23 yanvar, Fineko/abc.az. 2017-ci ildə 226,4 milyon ton yük və 1973,4 milyon sərnişin daşınmışdır.
Azərbaycanın Dövlət Statistika Komitəsindən xəbər verilir ki, keçən ilin analoji dövrü ilə müqayisədə, yük daşınması 1,8%, sərnişin daşınması isə 2,3% artmışdır.
“Yüklərin 63,9%-i avtomobil, 25,9%-i boru kəməri, 6,4%-i dəmir yolu, 3,7%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınmışdır”, - məlumatda belə deyilir.
Məlumatda həmçinin qeyd edilir ki, 88,2%-i avtomobil, 11,6%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026