İxracı artan və azalan məhsullar – Siyahı

10:55 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin 5 ayı üçün idxal və ixrac əməliyyatlarının həcmi açıqlanıb.

ABC.AZ verir ki, hesabat dövründə kartof ixracı 7,7 faiz, meyvə və tərəvəz şirələri 5,1 faiz, bitki yağları 1,9 dəfə, çay 7,5 faiz, meyvə və tərəvəz konservləri 1,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 1,7 dəfə, polietilen 42,2 faiz, qara metallardan borular 1,7 dəfə artıb.

Təzə tərəvəz ixracı isə 1,8 faiz, təzə meyvə 33,3 faiz, şəkər 12,7 faiz, tütün 25,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu 49,3 faiz, pambıq lifi 26,6 faiz, emal olunmamış alüminium 15,9 faiz, pambıq ipliyi 18,8 faiz, bentonit gili 5,2 faiz azalıb.

Müəllif: Elmir Murad