Bu ölkədə toyların keçirilməsinə icazə verildi

10:09 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Gürcüstanda bu gündən etibarən açıq havada toy, yas, ad günləri və digər bu kimi kütləvi tədbirlərin keçirilməsinə icazə verilir.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, tədbirlərdə iştirakçıların maksimal sayı 100 nəfərdən çox olmamalıdır.

Qeyd edək ki, hökumətin açıqlamasına görə, İdarələrarası Koordinasiya Şurası ölkədə mövcud epidemioloji vəziyyəti izləməyə və digər fəaliyyətlərin mərhələli şəkildə açılması barədə qərar qəbul etməyə davam edəcək.

Müəllif: Elmir Murad