11:08 - 20.07.2020
20 iyul, Fineko/abc.az. Azərbaycanın orta müddətli strateji inkişaf planının hazırlanmasına texniki yardım göstərməklə hökumətlə sıx əməkdaşlıq edəcəyik.
Bunu ABC.AZ-a müsahibəsində Dünya Bankının (DB) Azərbaycan üzrə sabiq nümayəndəsi Navid Naqvi deyib.
O qeyd edib ki, Dünya Bankı olaraq Azərbaycan hökuməti ilə bəzi sahələrə daha çox dəstək göstərəcəkləri barədə razılığa gəliblər: "Biz, Dünya Bankının kənd təsərrüfatı, su təchizatı və irriqasiya, səhiyyə, eləcə də avtomobil və dəmir yollarının inkişafında dəstəyinə prioritet diqqət ayrılacağına dair razılığa gəldik. Hesab edirəm ki, təhsilin bütün spektri üzrə - ibtidai təhsildən tutmuş ali təhsilədək keyfiyyətinin artırılması üzərində çox iş görməliyik. Məhkəmə islahatı və elektron məhkəmə sisteminə dəstəyin genişləndirilməsindən xüsusilə razıyam və arzu edirəm ki, tərəfdaşlığımız bu sektorda daha da dərinləşsin və davam etsin".
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026