İki şəhərdə sərtləşdirilmiş karantin götürülür

20:09 - 17.07.2020


17  iyul, Fineko/abc.az.  İyulun 20-dən Lənkəranda və Samuxda sərtləşdirilmiş xüsusi karantin rejimi aradan qaldırılır.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Qeyd olunub ki, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.