15:58 - 16.07.2020
16 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Ceyhun Bayramovu xarici işlər naziri təyin edib.
ABC.AZ-ın məlumatına görə, yeni xarici işlər naziri C.Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bu ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.
12 avqust 2013-cü ildə Təhsil nazirinin müavini təyin olunub. 23 aprel 2018-ci il tarixində isə təhsil naziri təyin olunub.
Qeyd edək ki, C.Bayramov evlidir, 2 övladı var.
Müəllif: Elmir Murad
30 İyul 2026