14:48 - 15.07.2020
15 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun ayları ərzində “Atasığorta”nın ümumi sığorta haqqı yığımları 7,3 milyon manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,1 milyon manat və ya 22,3% azdır.
ABC.AZ xəbər verir ki, bu barədə Şirkətin 2020-ci ilin birinci yarımili üzrə maliyyə hesabatında qeyd olunub.
Həmçinin sözügedən dövrdə şirkətin sığorta ödənişləri də kəskin azalıb. Belə ki, bəhs olunan dövrdə “AtaSığorta” ASC 4,8 milyon manata yaxın sığorta ödənişi həyata keçirib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyon manat və ya 32,9% az deməkdir. Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026