13:28 - 14.07.2020
14 iyul, Fineko/abc.az. Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.
ABC.AZ-ın məlumatına görə, həlak olan həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğludur.
Qeyd edək ki, bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nıticəsində mülki vıtəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026