10:09 - 13.07.2020
13 iyul, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) iyulun 12-i Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.
AZAL-dan ABC.AZ-a bildirilib ki, bundan əlavə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilib.
Reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026