10:12 - 7.07.2020
7 iyul, Fineko/abc.az. Neft qiymətləri çərşənbə axşamı düşür.
Saat 9:30-da London ICE Futures neft birjasında Brent-in sentyabr fyuçersi $0,29 (0,67%) – barel başına $42,81-ə düşüb. 6 iyul nəticələrinə görə, sentyabr ayına olan Brent-in fyuçers qiyməti 0,30 (0,7%) – barel başına $43,10-a yüksəldi.
Saat 9:30-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust ayına olan fyuçersi $0,31 (0,76%) – barel başına $40,32-ə qədər düşüb. İyulun 6-da hərracların nəticələrinə görə, avqust ayı üçün WTI müqavilələrinin dəyəri $0,36 (0,9%) artaraq barelə görə $40,63-ə çatıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026