16:14 - 2.07.2020
2 iyul, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov qlobal energetika və qeyri-sabit enerji ilə bağlı bəzi nüanslara toxunub.
ABC.AZ-ın məlumatına görə, bu sözləri Energetika naziri Pərviz Şahbazov beynəlxalq konfransda çıxış edərkən deyib.
Nazir qeyd edib ki, qeyri-sabitlik, qeyri-müəyyənlik və mürəkkəblik vəziyyətində milli və qlobal səviyyələrdə əməkdaşlığa, innovasiyalara daha açıq olmalıyıq. "Məhz birgə səylərlə baş verən dəyişikliklərə çevik reaksiya verərək qeyri-sabit enerji sisteminin problemlərini imkanlara çevirə və qlobal energetikanın aktual məsələlərinin həllində müsbət nəticələrə nail ola bilərik" deyə P. Şahbazov vurğulayıb.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026