11:08 - 12.06.2020
12 iyun, Fineko/abc.az. Koronavirus pandemiyası ilə əlaqədar 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində tətbiq olunacaq xüsusi karantin rejimi ilə bağlı qərarda dəyişiklik edilib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, qeyd olunan ərazilər üzrə sərt karantin günlərində fəaliyyət göstərəcək iş və xidmət sahələri artırılıb.
Belə ki, dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər və rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri də fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu xidmətlə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026