10:34 - 10.06.2020
10 iyun, Fineko/abc.az. Dövlət başçısı İlham Əliyev koronavirus və Azərbaycandakı karantin rejimindən danışıb.
ABC.AZ xəbər verir ki, Prezident iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir.
Dövlət başçısı bildirib ki, indi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda: "Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir"
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026