11:58 - 9.06.2020
9 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.
UNEC-dən ABC.AZ-a verilən xəbərə görə, I qrup üzrə texniki və texnoloji ixtisaslarda 8 yeni ixtisas yaradılıb.
Bunlar “Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri”. Ümumilikdə isə I ixtisas qrupuna 10 ixtisas qrupu üzrə qəbul aparılacaq.
Qeyd edək ki, texniki və texnoloji ixtisaslar UNEC-də yeni yaradılan “Rəqəmsal iqtisadiyyat” və “Mühəndis iqtisadiyyatı” fakültələrində tədris olunacaq.
II ixtisas qrupunda isə “Beynəlxalq ticarət və logistika” ixtisası yeni açılıb. Bu ixtisasda tədris 4 dildə (azərbaycan, türk, rus, ingilis) olacaq. II ixtisas qrupu üzrə UNEC-də ümumilikdə 9 ixtisas üzrə qəbul aparılacaq.
Müəllif: Elmir Murad