Bir ildə qarğıdalı əkinin sahələrini kəskin artıran rayon – 302 hektar

15:55 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Balakəndə qarğıdalının əkin sahəsi 302 hektar artırılıb.

ABC.AZ Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən məlumat verir ki, bu il rayonda dən üçün qarğıdalının əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılaraq 7 min 515 hektara çatdırılıb.

Mərkəzdən bildirilib ki, mövsümdə balakənli fermerlər 45 min tonadək dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar.

Hazırda sahələrə aqrotexniki qulluq işləri davam etdirilir.