10:01 - 5.06.2020
5 iyun, Fineko/abc.az. Neft cümə günü bahalaşır və neft hasil edən nəhəng ölkələrin hasilatın azalmasını uzatmağa hazır olduqları xəbərlər fonunda, ardıcıl olaraq altıncı həftəni artımla bitirir.
Saat 9:20-də London ICE Futures neft birjasında Brent-in avqust üçün fyuçers qiyməti $0,21 (0,53%) – barel başına $40,20 qədər artıb.
İyunun 4-də keçirilən hərracların nəticələrinə görə, Brent-in avqust ayı üçün neft müqavilələrinin qiyməti $0,20 (0,5%) artaraq barel başına $39,99-a çatıb.
Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI iyul ayına olan fyuçers $0,02 (0,05%) – barel başına $37,43-ə yüksəldi.
İyunun 4-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyul fyuçers qiyməti $0,12 (0,32%), barrel başına $37,41-a çatıb.
Bu həftənin əvvəlindən həm Brent, həm də WTI 6% artıb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026