18:11 - 4.06.2020
4 iyun, Fineko/abc.az. Həftəsonu qapanma dünya ölkələrinin təcrübəsinə əsalanaraq həyata keçirilir.
ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iş günlərindən sonra həftəsonu iki günlük qapanmanın ümumi yoluxmaya necə təsir edəcəyi haqda suala cavab verərkən deyib.
O bildirib ki, bununla bağlı statistik təhlillər aparılıb: “Həftəsonu qapanma qərarı effektini verəcək. Bu günlərdə tətbiq olunacaq qadağanın nəticəsi 1-2 həftə sonra olacaq. Aparılan təcrübə göstərir ki, müsbət nəticə olacaq”.