14:42 - 3.06.2020
3 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından $2 milyard 106 milyon gəlir əldə edib.
ABC.AZ Fondun yaydığı məlumata istinadən xəbər verir ki, o cümlədən Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 120 milyon ABŞ doları təşkil edib.
Bu il yanvarın 1-dən iyunun 1-ə kimi isə Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan gəlirlər 66 milyon ABŞ dolları olub.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026