14:26 - 2.06.2020
2 İyun, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) 2019-cu ildəki mənfəətini açıqlayıb.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, sözügedən dövrü Birja nə az, nə çox 3 milyon 23 min manat xalis mənfəətlə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci illə nisbətən 2019-cu ildə Bakı Fond Birjasının xalis mənfəəti 760 min manat və ya 20% azalıb.
Azlamanın əsas səbəbi cəmi gəlirlərin 2018-ci ildəki 5 milyon 693 min manatdan 2019-cu ildə 4 milyon 652 min manata geriləməsidir.
Qeyd edək ki, cəmi gəlirlər 1,041 milyon manat və ya 18,2% azalıb.
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026