19:17 - 29.05.2020
29 may, Fineko/abc.az. Ticarət mərkəzlərinin açılması ilə bağlı bəzi məsələlər bizi narahat edir.
ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, qaydalara ciddi əməl olunmalıdır: "Sədərək" ticarət mərkəzindəki vəziyyət də bizi narahat edir. Açıq havada idman yarışları ilə bağlı qaydalar hazırlanıb, təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq. Burada geyinib-soyunma yerləri bizi narahat edir. Qapalı idman zallarının açılması gözlənilmir".
Müəllif: Elmir Murad